Oktyabr ayında "BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 4 ədəd mobil telefon, 3 ədəd çanta, 2 ədəd pulqabı, 1 nəfərə məxsus iş kartı sahibinə təhvil verilib.
Bakı Nəqliyyat Agentliyindən Anews.az-a verilən məlumata görə, eyni zamanda, sahiblərinə çatdırılması üçün 9 sənəd, kart və əşya Bakı Şəhər Baş Polis İdarəsinə, 6 sənəd isə "Poçtap” xidmətinə təqdim olunub.
Həmçinin, oktyabrda avtobuslarda tapılan Fərid Cavanşir oğlu Babazadə, Məhəmməd Adil oğlu Əmiraslanov və Süsən Sahib qızı Həsrətovaya məxsus şəxsiyyət vəsiqələri,
İsmira Hacıhəsən qızı Ələsgərovaya məxsus şəxsiyyət vəsiqəsi, pasport, nikah haqqında şəhadətnamə və bank kartı, Azadə Ağayeva və Zeynəb Əlizadəyə məxsus oxucu kartları, Ali Bayram oğlu Əmrahov və Aytac Cəmil qızı Nəsirovaya məxsus tələbə vəsiqələri, Elcan Məmmədli, Kərim Ağayev və Əfidə Sultanəhmədovaya məxsus iş kartları,
Fuad Əkbər, Mehman Hacıyev və Turanə Məmmədovaya məxsus bank kartları "BakuBus” MMC-dədir. Həmçinin, içərisində Emin Məhəmmədəli oğlu Əhmədov, Fəqan Rasim oğlu İmamverdiyev və Xəyalə Vaqif qızı Mirələmliyə məxsus sənədlər olan pulqabılar, eləcə də sahibləri məlum olmayan əşyalar "BakuBus” MMC-də saxlanılır.
Vətəndaşlar "BakuBus” MMC-yə müraciət edərək özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər.
Qeyd edək ki, "BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !