• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Avtobusların dayanacaqlarda həddən artıq dayanması ilə bağlı xəbərdarlıq

Avtobusların dayanacaqlarda həddən artıq dayanması ilə bağlı xəbərdarlıq
04.09.2015 17:23
Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasında Bakıda avtobusların dayanacaqlarda lüzum olmadan həddindən artıq dayanmaları ilə bağlı məsələ qaldırılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisi qeyd edib ki, sürücülərin avtobusları dayanacaqlarda müəyyən edilmiş vaxtdan çox saxlamaları yolverilməzdir. Bu, yollarda nəqliyyat vasitələrinin hərəkətinə və təhlükəsizliyin təmin edilməsinə maneçilik yaradır: "Hər bir avtobus üçün dayanacaqlarda dayanma müddəti müəyyən edilib. Sürücü həmin müddət ərzində avtobusu sərnişinləri mindirib-düşürmək üçün saxlamalıdır. Sürücülər netro stansiyalarının çıxışlarında uzun müddət avtobusu saxlayıb sərnişinlərin gəlişini gözləməməlidirlər. Çünki bu, bəzən çox vaxt aparır. Bu, digər avtobusların da həmin ərazidə yığışmasına və yolun keçilməz hala gəlib çıxmasına gətirib çıxarır. İnsanlar dayanacaqda avtobusların gəlməsini gözləməlidirlər. Avtobuslar dayanıb insanların gəlməsini gözləməli deyil”.

Onun sözlərinə görə, Komissiyanın iclasında tapşırıqlar verilib ki, avtobusların metro stansiyalarının yaxınlığındakı ərazilərdə uzunmüddətli dayanma hallarına son qoyulsun: "Avtobuslara dayanacaqlarda yalnız sərnişinlərin minib-düşməsi üçün tələb olunan zaman ərzində dayanmasına icazə verilir. Bu, digər avtobusların da həmin dayanacağa yaxınlaşaraq sərnişinlərin minib-düşməsinə, eləcə də yoldan keçən digər nəqliyyat vasitələrinin hərəkətinə maneçilik yaratmasın”.

K.Əliyev əlavə edib ki, bu məsələ ilə bağlı problemin aradan qaldırılmasına Dövlət Yol Polisinin və Nəqliyyat Nazirliyinin müvafiq qurumlarının əməkdaşları cəlb olunub: "Məsələ ilə əlaqədar avtobus marşrutlarının sahiblərinə də tapşırıqlar verilib. Problemin qarşısını bütün yol boyu polis naryadlarını qoymaqla almaq mümkün deyil. Bu işə bütün aidiyyatlı qurumlar cəlb olunmalıdır. Yollarda nəqliyyat sıxlığının yaranmaması üçün təkcə dövlət qurumları yox, sahibkarlar da, sürücülər də mümkün olan bütün tədbirləri görməli, lazımi köməkliyi əsirgəməməlidirlər. Bu sahədə müsbət nailiyyətlər əldə etmək üçün bu işə hamı öz töhfəsini verməlidir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi dayandırılıb
İqtisadiyyat 12:13
Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi dayandırılıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 11:21
Qızılın qiyməti bahalaşıb
Aktiv vergi ödəyicilərinin sayı artıb
İqtisadiyyat 10:50
Aktiv vergi ödəyicilərinin sayı artıb
ABŞ hökumətinin xərcləri fevralda rekord həddə çatıb
İqtisadiyyat 10:50
ABŞ hökumətinin xərcləri fevralda rekord həddə çatıb
"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmanı artırıb
İqtisadiyyat 10:24
"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmanı artırıb
İki ayda Avropaya 2 milyard kubmetrə yaxın qaz ixrac edilib
İqtisadiyyat 10:08
İki ayda Avropaya 2 milyard kubmetrə yaxın qaz ixrac edilib
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:23
Azərbaycan nefti bahalaşıb
Курсы валют Центрального банка Азербайджана
İqtisadiyyat 09:20
Курсы валют Центрального банка Азербайджана
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol