• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Avtomobillərin gətirilməsinə qoyulan məhdudiyyət onların sayına cüzi təsir edəcək

Avtomobillərin gətirilməsinə qoyulan məhdudiyyət onların sayına cüzi təsir edəcək
28.01.2014 22:06
"Avro-4" ekoloji standartına uyğun gəlməyən avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyətin qoyulması, eləcə də perspektivdə respublikada köhnə avtomobillərin istismardan çıxarılması mexanizminin tətbiqi onların sayına cüzi təsir edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.Onun sözlərinə görə, "Avro-4" ekoloji standartına uyğun gəlməyən avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyətin tətbiqi ilk növbədə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərlə bağlıdır.Bundan başqa, nazir müavini deyib ki, hazırda ölkədə yüksək ekoloji standartlara cavab verməyən köhnə avtomobillərin mərhələli şəkildə istismardan çıxarılması mexanizminin tətbiqi ilə bağlı işlər və müzakirələr aparılır: "Hazırda bu məsələyə, eləcə də köhnə avtomobillərin utilizasiyası məsələsinə, eləcə də kompensasiyaların şərtlərinə və mexanizmlərinə baxılır. Amma bu, respublikadakı avtomobillərin sayına güclü təsir göstərməyəcək, çünki köhnə avtomobillər yeniləri ilə əvəz ediləcək ki, bu da vətəndaşların yaşayış səviyyəsinin artması ilə əlaqədardır".M.Pənahovun sözlərinə görə, müvafiq olaraq avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyətin tətbiqi və perspektivdə respublikada artıq mövcud olan avtomobillərin istismardan çıxarılması paytaxtdakı tıxac problemini həll etmir. Ona görə də Nəqliyyat Nazirliyi bu problemin həlli üçün avtomobil yollarının genişləndirilməsi, yol ayırıcılarının tikintisi və s. üzrə fəal işlər aparır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
İqtisadiyyat 10:08
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:43
Dünya bazarlarında neft ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:40
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:59
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol