Avtomobillərin İçərişəhərə girişi 12 günlük məhdudlaşdırılacaq

12:18 | 02.03.2015
Avtomobillərin İçərişəhərə girişi 12 günlük məhdudlaşdırılacaq

Avtomobillərin İçərişəhərə girişi 12 günlük məhdudlaşdırılacaq

Bakıda "Əli və Nino” filminin çəkilişləri ilə əlaqədar İçərişəhərdə avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə Oxu.Az-a "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildiriblər.

Məlumata görə, Bakı şəhərində Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan "Əli və Nino” filminin çəkilişləri ilə əlaqədar mart ayının 2-dən 14-ü tarixə qədər İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

"Mart ayının 4-dən İçərişəhərin Qoşa Qala Qapısı girişindən nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, Neftçilər prospekti tərəfindən olan girişdən isə giriş-çıxış yalnız İçərişəhərin sakinləri və elektron kart sahibi olan digər rezidentlər üçün açıq olacaqdır”, - deyə, idarədən bildiriblər.

Çəkilişlər əsasən İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılacaq.

"Əsərdə dövrlə bağlı obraz və hadisələri dolğun canlandırmaq üçün həmin məkanlarda XIX əsrin sonu və XX əsrin əvvəllindəki Bakı mühitinə uyğun dekorasiyalar qurulacaq. Çəkilişlərlə əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədi ilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər  görüləcəkdir”, - deyə, idarə paytaxt sakinlərini əmin edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM