“Avtovağzal” stansiyası nə vaxt açıalacaq? - AÇIQLAMA

13:55 | 03.07.2014
“Avtovağzal” stansiyası nə vaxt açıalacaq? - AÇIQLAMA

“Avtovağzal” stansiyası nə vaxt açıalacaq? - AÇIQLAMA

“Bakı Metropolitenində hal-hazırda təhlükəsizlik maksimum dərəcədədir.
 İstər polis əməkdaşları, istərsə də öz əməkdaşlarımız metropolitenin hər bir nöqtəsini mühafizə edirlər. Metropoliten müşahidə kameraları vasitəsilə yüksək səviyyədə müşahidə və nəzarət altındadır. Söhbət sadəcə müşahidədən getmir, orada nəzarət, izləmə bir sıra müxtəlif sistemlər var ki, həmin o sistemlər vasitəsilə metropolitenin təhlükəsizliyi tam, yüksək səviyyədə təmin olunur”.
Bunu Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az saytına açıqlamasında deyib.
 N.Paşayevin sözlərinə görə, təmirdə olan bir sıra metrostansiyalar, həmçinin yeni tikilmiş “Avtovağzal” stansiyasının açılış tarixi dəqiq məlum olmasa da, yaxın gələcəkdə gözlənilir.
Qeyd edək ki, 1994-cü ilin bu günü erməni terrorizmi Azərbaycana qarşı növbəti cinayətini həyata keçirib. Bakı metrosunun "28 May" və "Gənclik" stansiyaları arasında qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür