AXCP-nin qərargahı boşaldıldı - FOTO

12:10 | 04.03.2014
AXCP-nin qərargahı boşaldıldı - FOTO

AXCP-nin qərargahı boşaldıldı - FOTO

Martın 4-də səhər saat 9-da Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov AXCP-nin qərargahına gələrək binanı boşaltmağı tələb edib. AXCP Ali Məclisinin sədri Həsən Kərimovla görüşən İbadov binanın qəza vəziyyətində olduğunu söyləyib. Kərimov isə binanın sahibi ilə təhvil-təslim həyata keçirilməli olduğunu söyləyib.“Azadliq.info”nun məlumatına görə, əvvəlcə AXCP-yə binanı bu gün saat 16-ya qədər boşaltmağa icazə verilsə də, sonradan qərar dəyişdirilib. Əraziyə gələn Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları qərargahın dərhal boşaldılmasın istəyib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qərargahı möhürləyərək ətrafı lentə alıb. Onları binanın söküləcəyini bildiriblər. Binaya su və elektrik enerjisi verilməsi dayandırılıb.

Martın 3-nə keçən gecə qərargahın zirzəmisində partlayış baş verib, bina zədələnib. AXCP binanın qəsdən partladıldığını iddia edir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM