• $ 1.7
  • € 1.9849
  • ₽ 0.02178
  • ₺ 0.0423
  • £ 2.2834

AXCP və Müsavatdan Elçibəyin oğluna CAVAB: “Ərturqut düz deyir”

AXCP və Müsavatdan Elçibəyin oğluna CAVAB: “Ərturqut düz deyir”
28.05.2020 21:25
Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev Modern.az saytına açıqlamasında Müsavat və AXCP-ni bir-birinə  ünvanladıqları qarşılıqlı ittihamlar zamanı atasının adını çəkməməyə çağırıb. Modern.az Ə.Əliyevin müraciətinə AXCP və Müsavatdan münasibət öyrənib.Fuad Qəhrəmanlı: “AXCP  Elçibəyin ruhunun dinc buraxılmasının tərəfdarıdır”AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, təmsil etdiyi partiya bu gün də Ə.Elçibəyə böyük rəğbət bəsləyir, ideyalarını, missiyalarını davam etdirir. “AXCP öz mərhum keçmiş sədrini ona qarşı yönələn ittihamlardan qorumaqla məşğuldur. Bu gün Əbülfəz Elçibəyin adından istifadə edərək “Yeni Müsavat” qəzeti AXCP haqqında böhtan yağdırılır. AXCP funksionerləri təbii ki, mərhum prezidentə qarşı aparılan kampaniyalara cavab verir. Bu gün onun adından istifadə edənlər vaxtilə Elçibəyə qarşı əks-təbliğat aparıblar. Biz də onları ifşa edib üzə çıxarırıq. AXCP təbii ki, Elçibəyin ruhunun dinc buraxılmasının tərəfdarıdır. AXCP Elçibəyin adından istifadə edənlərə qarşı müqavimət göstərir”.Rauf Arifoğlu: “Ərturqutun müraciətini nəzərə alacağıq”“Yeni Müsavat” qəzetinin baş redaktoru, Müsavat partiyasının üzvü Rauf Arifoğlu Ə. Əliyevin fikirlərini tam dəstəklədiyini vurğulayıb. “Mən Ərturqutu tamamilə haqlı hesab edirəm. Məsələ ilə bağlı mən də təxminən bir həftə bundan əvvəl hay-küy saldım, fəryad etdim. Mən dəfələrlə bildirdim ki, Ə. Elçibəyin verdiyi müsahibələrin kontekstdən çıxarılıb mənə qarşı istifadə edilməsini tənqid etdim. Ə. Elçibəyin sağ ikən özünü, ölərkən də ruhunu incidən AXCP rəhbərliyi yenidən onu incitməməlidir. Bizə də başqa seçim imkanları qoymadıqları üçün biz də əks arqumentlər ortaya qoyduq. Amma Ərturqut bizə müraciət edirsə, təbii ki, onu nəzərə alacağıq. AXCP Elçibəy ailəsinin də üsyan püskürməsinə səbəb oldu. Buna təəssüf edirəm”-deyə R. Arifoğlu qeyd edib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar
Siyasət 20:18
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar
PaşinyanƏbu-Dabi görüşünü yüksək qiymətləndirib
Siyasət 17:38
PaşinyanƏbu-Dabi görüşünü yüksək qiymətləndirib
Türkmənistan Xalq Məsləhətinin sədri Milli Məclisdə səfərdə olub
Siyasət 17:19
Türkmənistan Xalq Məsləhətinin sədri Milli Məclisdə səfərdə olub
Azərbaycanda ədliyyə orqanları üçün xüsusi xəzinə hesabı yaradılır
Siyasət 16:35
Azərbaycanda ədliyyə orqanları üçün xüsusi xəzinə hesabı yaradılır
Ermənistan, Rusiya və Azərbaycan arasınd işçi qrupu fəaliyyət göstərmir
Siyasət 13:16
Ermənistan, Rusiya və Azərbaycan arasınd işçi qrupu fəaliyyət göstərmir
Sülh danışıqları başa çatıb - Paşinyan
Siyasət 12:37
Sülh danışıqları başa çatıb - Paşinyan
Azərbaycan və Türkmənistan liderləri ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə ediblər
Siyasət 12:13
Azərbaycan və Türkmənistan liderləri ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə ediblər
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
Siyasət 10:32
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
Azərbaycan və Çin arasında viza rejimi bu gündən ləğv edildi
Siyasət 08:48
Azərbaycan və Çin arasında viza rejimi bu gündən ləğv edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol