Çay sahilində köməksiz qalan qadın xilas edildi - Video

17:47 | 20.04.2022
Çay sahilində köməksiz qalan qadın xilas edildi - Video

Çay sahilində köməksiz qalan qadın xilas edildi - Video

Gəncədə çay sahilində köməksiz qalan qadın xilas edilib, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Nazirliyə Gəncəçay çayının sahilində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, Gəncə sakini 1965-ci il təvəllüdlü Ağayeva Nailə Sabir qızı ehtiyatsızlıqdan dərinliyi təqribən 3 m olan çay sahilinə yıxılıb və xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə N.Ağayevanı təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM