Çayda çimərkən başı daşa dəyən gənc ölüb

23:42 | 25.06.2024
Çayda çimərkən başı daşa dəyən gənc ölüb

Çayda çimərkən başı daşa dəyən gənc ölüb

Masallı rayonunda 21 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

"Qafqazinfo”nun məlumatına görə, hadisə rayondakı istirahət mərkəzlərindən birində qeydə alınıb.

İstirahətə gedən Cəlilabadın Qarazəncir kənd sakini, 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya tullanan zaman başı daşa dəyib və bu, onun ölümünə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM