Az maaşla pul yığmağın 9 SİRRİ

16:45 | 31.10.2015
Az maaşla pul yığmağın 9 SİRRİ

Az maaşla pul yığmağın 9 SİRRİ

"Business İnsider" saytı, maliyyə mütəxəssisləri ilə məsləhətləşərək maaşla çalışan işçilərin pul yığmasına köməkçi olacaq 9 yolu müəyyən edib.

1. Tərsinə düşünün

Əvvəl xərclərinizi ödəyib daha sonra kənara pul qoymaq yerinə, əvvəl yığıma yönəldəcəyiniz pulu kənara qoyub ondan sonra xərclərinizi planlaşdırın.



2. Beş illik plan tutun

Maliyyə mütəxəssisləri beş illik planlar tutmanın faydalı olduğu fikirindədirlər. Buna görə, beş il içində maliyyə baxımından nəyi bacarmaq istədiyinizə qərar verib (məsələn, altı aylıq maaş qədər pul yığmaq, ev üçün ilkin ödəniş yığmaq) ona görə hərəkət edin.



3. Özünüzə qaydalar müəyyən edin

Xərclərinizi nəzarət altına almaq üçün özünüzə qaydalar qoyun. Həyatınız baxımından kritik əhəmiyyət daşımayan şeylərə yüzlərlə manat pul xərcləməyin. Alış-veriş edərkən də alacağınız məhsullara görə özünüzə bir üst sərhədi müəyyən edin.



4. Gizli varlı kimi yaşayın

Çoxlu milyoner sadə bir həyat yaşayır. Onları gündəlik həyatlarında görənlər varlı olduqlarını anlaya bilməz. Məsələn, Las-Veqaslı milyoner David Sapper, ildə 500 min dollar qazanmasına baxmayaraq aylıq xərclərini 2 min 500 dollarla məhdudlaşdırır.



5. Təqaüdçü olacağınızı planlaşdırın

Karyerasının əvvəlində olanlar üçün təqaüdçü olmaq uzaq bir hədəf kimi görünsə də gənc yaşda pensiya yaşı üçün də planlaşdırma aparmaqda fayda var. Maliyyəçilər, "Ev almağa ilkin ödəniş üçün pul yığarkən qalan hər şeyi dəvətlərə və tətillərə xərcləsəniz necə təqaüdə çıxacaqsınız?" deyə soruşur.



6. Büdcə tutun

Əlinizə keçən pulla etdiyiniz xərclərin qeydiyyatını aparmaq, məqsədlərinizə çatmaq üçün nə qədər pul ayırmalı lazım olduğunuzu baş düşməyinizi təmin edəcək.



7. Borcdan xilas olun

Əgər kredit kartı borcu kimi yüksək faizli borclara maliksinizsə bunlardan xilas olmaq birinci prioritetiniz olmalıdır.



8. Gəlirinizi artırın

Maliyyəçilər əlinizdəki vəsaitin artırmağın iki yolu olduğu fikirindədirlər: Daha az xərcləmək ya da daha çox yığmaq. Əgər pul yığa bilməyəcək qədər aşağı bir gəlirə maliksinizə, əlavə bir iş görməyi düşünə bilərsiniz.



9. Mütəxəssisdən soruşun 

Maliyyə planlarınıza və hədəflərinizə tərəfsiz bir baxışla yaxınlaşıb  tövsiyələr təqdim edəcək bir mütəxəssis, sizə pul yığmanıza köməkçi ola bilər. (marja.az)




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM