Azad olunan ərazilərdə iyunda 549 mina zərərsizləşdirilib

17:24 | 01.07.2024
Azad olunan ərazilərdə iyunda 549 mina zərərsizləşdirilib

Azad olunan ərazilərdə iyunda 549 mina zərərsizləşdirilib

Azad olunan ərazilərdə iyunda  271 tank əleyhinə mina, 278 piyada əleyhinə mina, 1695 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.


Məlumata əsasən 5675.5 hektar ərazi minalardan təmizlənib.
 
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 
 
2020-ci il Vətən Müharibəsindən sonra 369 nəfər mina qurbanı olub. 
 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
 
Gülnar Nazimqızı 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb