Azad olunmuş ərazilərdə 22 minə yaxın seçici qeydə alınıb

22:22 | 16.01.2024
Azad olunmuş ərazilərdə 22 minə yaxın seçici qeydə alınıb

Azad olunmuş ərazilərdə 22 minə yaxın seçici qeydə alınıb

Azad olunmuş ərazilərdə 22 minə yaxın seçici qeydə alınıb. Bu seçicilərin 3700 nəfəri həmin ərazilərə daimi yaşamaq üçün köçənlərdir.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Ərazi-təşkilat məsələləri şöbəsinin müdirinin müavini Niyaz Əliyev jurnalistlərə açıqlamasında deyib.

Niyaz Əliyev bildirib ki, Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdədirlər və bu ərazilərdə seçkilərə hazırlığın vəziyyətini öyrənirlər:
"Azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi təşkil edilib. Bu seçki məntəqələrində 22 minə yaxın seçici qeydə alınıb. Bu seçicilərin 3700 nəfəri həmin ərazilərə daimi yaşamaq üçün köçənlərdir. 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışan vətəndaşlardır”.

O əlavə edib ki, Mərkəzi Seçki Komissiyasının nümayəndələri ilə bir yerdə işğaldan azad edilmiş ərazilərdəki seçki məntəqələrinin monitorinqi keçirilir:
"Bütün seçki məntəqələrinin maddi-texniki təchizat məsələləri öz həllini tapıb. Seçki məntəqələri etibarlı rabitə, fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaşlarının bütün ölkə ərazisində olduğu kimi işğaldan azad olunmuş ərazilərdə də rahat səs verməsi üçün hər cür şərait yaradılıb. Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi təmin olunacaq”.

Niyaz Əliyev qeyd edib ki, artıq 6319 seçki məntəqəsi seçkilərə tam hazır vəziyyətə gətirilib, 1000 seçki məntəqəsinə vebkameraların quraşdırılması təmin edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM