“Azadlıq Radiosu”nda vergi yoxlamaları müzakirə edildi

22:54 | 13.03.2015
“Azadlıq Radiosu”nda vergi yoxlamaları müzakirə edildi

“Azadlıq Radiosu”nda vergi yoxlamaları müzakirə edildi

ABŞ Yayım Şurasının nümayəndələri Vergilər Nazirliyində olublar

Bu gün vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov Amerika Birləşmiş Ştatlarının Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimblin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə "Azadlıq Radiosu”nun Azərbaycan Respublikasındakı nümayəndəliyində aparılan vergi yoxlamaları ilə bağlı məsələlər müzakirə edilib. Yoxlamanın detalları və aşkar edilmiş nöqsanlar barəsində geniş fikir mübadiləsi aparılıb.

Sonda C.Trimbl qəbula və müzakirələrə görə təşəkkürünü bildirib.
 
ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM