AzadlıqRadiosunun əməkdaşları kütləvi şəkildə dindirilməyə çağrılır

15:36 | 27.12.2014
AzadlıqRadiosunun əməkdaşları kütləvi şəkildə dindirilməyə çağrılır

AzadlıqRadiosunun əməkdaşları kütləvi şəkildə dindirilməyə çağrılır

AzadlıqRadiosunun Bakı bürosunun ofisinin möhürlənməsindən sonra əməkdaşlarımız kütləvi şəkildə prokurorluğa çağırılır. Prokurorluq əməkdaşları hətta jurnalistləri gecə saatlarında da dindirməyə cəhd edirlər.

Jurnalistlər vəkillərinin iştirakı üçün vaxt istəsələr də onları hətta zorla dindirilməyə gətirdiləcəklərini deyirlər.

azadlıq.org saytında yerləşdirilən məlumatda deyilir ki, artıq əməkdaşlardan bir neçəsi, hətta müxtəlif bölgələrdə çalışan müxbirlər yerli prokurorluqlara çağrılaraq dindiriliblər.

Vəkil Yalçın İmanov bildirib ki, jurnalistlərin tez-tələsik kollektiv şəkildə istintaqa cəlb edilməsinin niyyətini anlamaq çətindir. Dindirilməyə çağırılan bu sayda jurnalistlə müqavilələrin imzalanması, etibarnəmələrin hazırlanması iş günü olmadığı üçün zaman tələb edir: "Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Etibar Hüseynov bununla bağlı mənə də zəng etdi. İzah etdim ki, jurnalistlərin vəkilin iştirakı olmadan dindirilməsi bizə qeyri-hüquqi niyyətlərdən xəbər verir. Ona görə də hər kəsin vəkillə təmin olunması üçün bir qədər zaman verilməsini istədik. Hələlik jurnalistlərin dindirilməsinin gələn həftənin əvvəlinə saxlanmasına ilkin olaraq razılaşıblar" - deyə vəkil bildirib.  

ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM