Qəzadan 14 Azərbaycan vətəndaşı sağ qalıb - Yenilənib

21:33 | 25.12.2024
Qəzadan 14 Azərbaycan vətəndaşı sağ qalıb - Yenilənib

Qəzadan 14 Azərbaycan vətəndaşı sağ qalıb - Yenilənib

AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra 14 Azərbaycan, 9 Rusiya və 3 Qırğızıstan vətəndaşı sağ qalıb.Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.

"Göyərtədə 37 Azərbaycan vətəndaşı olub – 23-ü ölüb, 14-ü sağ qalıb, 16 Rusiya vətəndaşı olub – 7-si ölüb, 9-u sağ qalıb, Qırğızıstan vətəndaşlarının hər üçü sağ qalıb, təəssüf ki, Qazaxıstandan olan 6 sərnişinin hamısı ölüb”, - Karabayev Aktauda keçirdiyi brifinqdə deyib.

 20:58

AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin 3 ekipaj üzvü sağ qalıb, ikisi həlak olub.Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.

"Hava gəmisinin göyərtəsində 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü.Ekipaj üzvlərindən 3 nəfəri sağ qalıb, 2-si həlak olub”, - deyə Karabayev bildirib.
 
 20:58

Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə qara qutu aşkarlanıb.Bu barədə Qazaxıstanın Baş nəqliyyat prokuroru Timur Suleymenov bildirib.

"Qara qutu tapılıb və maddi sübut kimi istintaqın işinə daxil edilib”, - Suleymenov brifinqdə deyib.

 19:45

Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.Bu barədə "Tengri.news.ks” Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevə istinadən məlumat yayıb.

"Cəsədlərin əksəriyyəti tanınmaz haldadır, əsasən yanıblar, hamısı yığılıb, indi morqda identifikasiya olacaq.29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət alıb, yaralılardan 11-nin vəziyyəti ağır, yerdə qalanların isə vəziyyəti orta-ağır qiymətləndirilir”, - deyə Bozumbayev bildirib.
 
***

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsindən sağ çıxan sərnişinlərdən biri qəzanın son anlarından danışıb.
 
Onun görüntüləri Rusiyanın teleqram kanallarında yayımlanıb.
 
Qəzanın şahidi stüardessasının öz vəzifəsini layiqincə yerinə yetirdiyini vurğulayıb.
 
"Stüardessalar öz işlərini layiqincə icra etdilər. Baş stüardessa qadın idi, sona qədər təmkinini qorudu, bütün təlimatları izah etdi, bilmirəm o, qəzadan sağ çıxa bildi, ya yox, amma işinin öhdəsindən layiqincə gəldi" , - deyə o bildirib.

 
 18:30
 
Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alaraq xəstəxanaya çatdırılan 29 nəfərdən 11-nin vəziyyəti ağırdır.Bu barədə APA-ya Manqistau vilayətinin Səhiyyə Xidmətindən məlumat verilib.

Bildirilib ki, yerli tibb personalına kömək məqsədilə Astanadan xüsusi tibbi-sanitar təyyarə ilə Səhiyyə Nazirliyi yanında Fövqəladə Səhiyyə üzrə Milli Koordinasiya Mərkəzinin iki reanimatoloq, 4 travmatoloq, 1 neyrocərrah və yanıq üzrə mütəxəssisdən ibarət mobil briqadası gətirilib.Manqistaunun Uşaq Xəstəxanasında müalicə alan iki azyaşlı üzərində cərrahiyyə əməliyyatı aparılacaq.

Eyni zamanda, səhiyyə nazirinin müavini Timur Muratov müalicə prosesinə nəzarəti öz üzərinə götürərək, yaralılardan bir neçəsini şəxsən müayinə edib.

 15:20

Azərbaycanın hökumət rəsmiləri "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğradığı Qazaxıstandadır.
 
 
14:12
 
Azərbaycan Baş Prokurorluğun açıqlamasına görə AZAL-a məxsus təyyarə qəzasında 32 nəfər sağ qalıb. 
 
Sağ qalanların 14 nəfərinin Azərbaycan vətəndaşı olduğunu bildirilir.
 
13:19
 
"Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL)  məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Cinayət işinin istintaqı ilə bağlı Baş Prokurorluqda yaradılmış istintaq qrupunun üzvləri Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Qazaxıstan Respublikasına ezam olunub. Habelə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iş üzrə müvafiq istintaq və digər zəruri prosessual hərəkətlərin icra olunması məqsədilə Qazaxıstan Respublikasının Baş Prokurorluğuna Beynəlxalq hüquqi yardım haqqında vəsatət göndərilib.

Qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər icra olunur.

13:17
 
"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qazaxıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Artur Lastayev ilə əlaqə saxlayıb, "Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən və müalicəyə ehtiyacı olan şəxslərlə bağlı lazımi zəruri tədbirlərin görülməsi üçün məsələnin diqqətdə saxlanılmasını xahiş edib”. Bu barədə Ombudsman Aparatının yaydığı məlumatda bildirilib.

"Birbaşa fasiləsiz təmasın yaradılması məqsədilə Qazaxıstan və Azərbaycan Ombudsman təsisatlarının əməkdaşlarından ibarət işçi qrupu yaradılmaqla, zəruri məlumatların bölüşülməsi təmin olunub. Hadisə ilə bağlı məsələlər diqqətdə saxlanılır, ictimaiyyətə əlavə məlumat veriləcək”, –  məlumatda qeyd edilib.

 
13:00

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Bu barədə AZAL məlumat yayıb.

AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı:

1. Ağayev Ramin
2. Əhmədov Rəşad
3. Əlimirzəyeva Xədicə
4. Əlimirzoyev Əli
5. Əliyev Zamin İdris
6. Anqbazova Maleyka
7. Arsbayeva Ceyran
8. Arsbayeva Madina
9. Asanov Rinat
10. Atsayeva Zaira
11. Babayev Anar
12. Bayramova Leyla
13. Bayramzadə Ayhan
14. Bislieva Cəmilə
15. Devrişov Samir
16. Devrişov Tofik
17. Cünüşaliyev Erlan
18. Ediev Uvais
19. Eqanov Məhəmmədəli
20. Evstiqneeva Kristin
21. Filiyev Ramazan
22. Qədirov Heydər
23. Qistarov İbrahim
24. Qistarov Rəşid
25. Qoqamova Möminat
26. Qurbaxov Həmzət
27. İandarov Arbi
28. İbrahimov Ramin
29. İgidova Nərminə
30. İsmayılov İsmayıl
31. İsmayılov Həbib
32. Cəfərov Toğrul
33. Cəlilov Nizami
34. Carayev Arif
35. Carayev Hacibrahim
36. Carayev Mahir
37. Ceerov Xızrı
38. Ceerova Salihət
39. Cüməqulov Bauyrcan
40. Cütayeva Salima
41. Xalayeva Hafisət
42. Kostiyev İbrahimxan
43. Maxsudova Qalina
44. Məmedov Zaur
45. Mehdiev Yadigar
46. Mustafayev Faiq
47. Omarova Leyla
48. Osmonov Tilek
49. Papaxov Mahəmməd
50. Rəximov Subxonkul
51. Sadıqov Qoşqar
52. Səidullayev Zinatul
53. Şabanova Vafa
54. Şaimərdanova Qauk
55. Siracov Nurullah
56. Siracova Müslimat
57. Tuleşsinov Sandibek
58. Tutunçiyev Mahmud
59. Ubaev Arbi
60. Yeznayeva Rana
61. Cəməlullail Medin
62. Cumaqat Eldar

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.
 

12:37
 
Prezident İlham Əliyevin tapşırığı ilə nazirlər və aiddiyatı dövlət nümayəndələri təyyarə qəzası baş verən Qazaxıstanın Aktau şəhərinə yola düşüblər. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. 
 
"Baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə  rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər", - məlumatda deyilir. 

 
 
 
12:15
 
İlkin məlumata görə, təyyardə olanların 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.
 
11:59
 
Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı "Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin qəzaya uğradığı əraziyə gedib.  
 

11:48

Təyyarə qəzasında ölən sərnişinlərin siyahısı açıqlanıb. 

 
 
11:31
 
Qazaxıstan Səhiyyə Nazirliyinin ilkin məlumatına görə təyyarə qəzasında 12 nəfərin sağ olması müəyyən edilib. 
 
11:07

"Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəza edib. Bu barədə "Tengri Travel”  məlumat və görüntülər yayıb.  
 
Hələlik rəsmi təsdiq yoxdur. 
 
Ilkin məlumata görə təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. 
 
Azərbaycan Hava Yolları hadisəni təsdiqləyib və bildirib ki, bununla bağlı əlavə məlumat veriləcək. 
 

 
Gülnar 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti