AZAL beynəlxalq reytinqdə 66-cı olub

12:57 | 29.06.2015
AZAL beynəlxalq reytinqdə 66-cı olub

AZAL beynəlxalq reytinqdə 66-cı olub

Reytinqdə ilk yerləri Çin, Qətər, Sinqapur, BƏƏ və Türkiyə tutub.

İngiltərənin "Skytrax" şirkəti 2014-ci ilin ən yaxşı aviaşirkətlərini müəyyənləşdirib. "Report”un verdiyi xəbərə görə, ötən ilin reytinqinə əsasən, ən yaxşı hava yolu şirkətini müəyyən etmək üçün 19 mln. sərnişin arasında sorğu aparılıb. Nəticidə, 100 aviaşirkətin daxil edildiyi bir siyahı hazırlanıb.
AZAL-ın da yer aldığı reytinqdə Çinin "Cathay Pacific Airway” şirkəti liderlik edir. İkinci yerdə Qətərin "Qatar Airways” qərarlaşıb. Bununla yanaşı, ən yaxşı biznes-klass nominasiyasında da birincilik bu şirkətə verilib. 

Ümumi reytinqdə sonrakı terləri "Singapore Airlines”, Birləşmiş Ərəb Əmirliklərinin "Emirates” və "Turkish Airlines” aviaşirkətləri tutub.

Araşdırmaya görə, Azərbaycanın yerli AZAL dövlət aviaşirkəti ümumi retrinqdə 66-cıdır. Siyahıda sonuncu, 100-cü isə CAR-ın "Kulula" aviaşirkəti olub.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM