• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

AZAL biletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib

AZAL biletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib
22.10.2024 18:17
Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və rahatlığın artırılması məqsədilə aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib.Bu barədə AZAL-dan bildirilib.
 
Yeni xidmətdən aviaşirkətin rəsmi www.azal.az saytında və yaxud mobil tətbiqində yararlanmaq olar.

Bu xidmət sərnişinlərə rezervasiyalarını sərbəst idarə etmək üçün daha geniş imkanlar təqdim edir. Vəsaitlərin geri qaytarılmasını evdən çıxmadan, kassalara və ya çağrı mərkəzinə müraciət etmədən həyata keçirmək mümkündür. Artıq sərnişinlər "Rezervasiyanın idarə edilməsi” bölməsinə daxil olaraq "Aviabiletin qaytarılması” düyməsini klikləyib dünyanın istənilən yerindən biletlərini geri qaytara bilərlər. Proses avtomatik olaraq emal olunur.

Tarifdən asılı olaraq, müştərilər aviabiletləri tam və ya qismən geri qaytara bilərlər. Bu, səyahətin müəyyən seqmentləri üzrə vəsaitin geri qaytarılmasına imkan verir. Məsələn, marşrutun bir hissəsi artıq tamamlanıbsa, sərnişin biletin qalan hissəsini geri qaytara bilər. Bu çeviklik səyahət zamanı planları dəyişən sərnişinlər üçün xüsusilə vacibdir. Bundan əlavə, xidmət bir neçə sərnişin üçün də əlçatandır ki, bu da qrup səfərlərinin idarə edilməsini asanlaşdırır. Yəni rezervasiyada bir neçə sərnişin olduğu halda, onlardan birini seçib bileti geri qaytarmaq olar.

Aviabiletlərin onlayn geri qaytarılması xidməti haqqında daha ətraflı məlumatı linkdəki videodan əldə etmək olar: https://www.youtube.com/watch?v=7Ph13ZPXiZU
AZAL-ın mobil tətbiqini https://bit.ly/azal-app linkindən yükləmək mümkündür.

Bu yeniliklər sərnişinlərə daha müasir və rahat xidmətlər təqdim etməyə yönəlib. Rəqəmsal xidmətlərin genişləndirilməsi sərnişinlər üçün yeni imkanlar yaradır və aviaşirkətlə qarşılıqlı əlaqəni daha asan və səmərəli edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Cəmiyyət 09:52
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
Cəmiyyət 09:00
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol