"İnternetdə bir yerdə kimsə nəsə yazıb. Bu o demək deyil ki, doğrudur. Qara qutuların içindəkilərdən böyük fərq var”, - o bildirib.
Bozumbayev qeyd edib ki, Qazaxıstan, Azərbaycan, Rusiya və Braziliyadan olan ekspertlər uçuş registratorlarının deşifrəsi zamanı informasiyaya bərabər çıxış əldə ediblər.
"Rusiya, azərbaycanlı və braziliyalı ekspertlərimiz Braziliya Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Braziliyada yerləşən CENIPA şirkətinin əsasında şifrənin açılmasında iştirak ediblər. Hər kəsin bərabər çıxışı var idi”, - ölkənin baş nazirinin müavini bildirib.
O əlavə edib ki, təyyarənin qalıqları Qazaxıstandadır və beynəlxalq ekspertlər tərəfindən araşdırılıb.
"Onlar nəticə çıxaracaqlar”, – Bozumbayev yekunlaşdırıb.
Bundan əvvəl Rusiya İstintaq Komitəsinin Qroznı , Mahaçqala və Mineralnıye Vodıda qəzaya uğrayan AZAL təyyarəsinin komandiri ilə aviadispetçerlər arasında apardığı danışıqları təhlil etdiyi bildirilirdi.
Dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 29 nəfəri sağ qalıb.
Sərnişin təyyarəsi Rusiya tərəfindən vurulub. Rusiya prezidenti Vlodimir Putin baş verən qəzaya görə Azərbaycan Prezidentinə zəng edərək üzr istəyib.
Baş verən qəzadan sonra dekabrın 26-da Azərbaycanda matəm günü elan edilib.
Həmçinin qəzada olan 2 pilot və bir bələdçi Prezidentin sərəncamı ilə Milli Qəhrəman adını alıb. Qəzada sağ qalan digər iki bələdçi isə rəşadət ordeni ilə təltif olunub.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !