AZAL təyyarə qəzasının səbəbini açıqlayıb

13:37 | 10.07.2014
AZAL təyyarə qəzasının səbəbini açıqlayıb

AZAL təyyarə qəzasının səbəbini açıqlayıb

 “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıda baş verən təyyarə qəzasının səbəbini açıqlayıb.AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli “APA-Economics”ə bildirib ki, bu gün Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Cessna 172 F” birmühərrikli təyyarəsi təlim uçuşları zamanı məcburi eniş edib. Onun sözlərinə görə, təyyarədə nasazlıq baş verib və mühərrik sıradan çıxıb: “Təlim təyyarəsində iki nəfər - bir təlimatçı pilot və bir təcrübəçi pilot olub. Heyət təlimata uyğun olaraq boş torpaq sahəsi seçib və təyyarəni endirib. Nəticədə xəsarət alan olmayıb”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür