AZAL xüsusi endirim aksiyası keçirir

17:27 | 29.01.2015
AZAL xüsusi endirim aksiyası keçirir

AZAL xüsusi endirim aksiyası keçirir

"Azərbaycan Hava Yolları" (AZAL) QSC Bakı-London-Bakı marşrutu ilə həyata keçirdiyi aviareyslər üzrə xüsusi endirim aksiyasına start verib.

ANN.Az "Report"a istinadən xəbər verir ki, aksiya çərçivəsində Bakı-London-Bakı reysinə biletin (hər iki istiqamətdə) qiyməti 444 avroya (392 manat) qədər azaldılıb. Bundan öncə isə biletlər onlayn alındıqda 486 manata, kassadan alındıqda isə 503 manata satılıb.

Yanvarın 30-dan martın 10-a qədər davam edəcək aksiyada bilet satışı ilə uçuşlar eyni müddətdə gerçəkləşdiriləcək.

Qeyd edək ki, aksiya çərçivəsində satılan aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə "mile" ballar hesaba əlavə olunmayacaq. Yerlər məhdud olduğuna görə rəsmiləşdirməni əvvəlcədən aparmaq lazımdır. Bu biletlərlə səfər zamanı maksimal qalma müddəti isə bir ay müəyyənləşdirilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür