Şəhidin yoldaşı işləyirsə onun övladlarından birinin müavinəti kəsilir - Deputat

17:32 | 14.11.2023
Şəhidin yoldaşı işləyirsə onun övladlarından birinin müavinəti kəsilir - Deputat

Şəhidin yoldaşı işləyirsə onun övladlarından birinin müavinəti kəsilir - Deputat

Şəhid ailəsinin üzvünün yoldaşı işləyirsə, övladlarından birinə verilən müavinət kəsilir. Bunu deputat Azay Quliyev deyib.
 
"Əgər şəhid ailəsinə müavinət verilirsə və şəhidin yoldaşı işləyirsə, onların 8 yaşınadək olan övladlarından birinə verilən pay kəsilir. Bununla bağlı qanunvericiliyə baxılsın bir həll yolu tapılsın. Şəhid ailəsinin üzvləri işlə təmin olunan zaman onların övladlarına verilən müavinətlər tam olaraq ödənilsin”, - deputat noyabrın 14-də Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. 
 
Millət vəkili həmçinin vurğulayıb ki, ipoteka krediti ilə ev almış şəhid və qazi ailəsinin üzvünə təqdim olunan evin sahəsinin müəyyənləşdirilməsində ipoteka qarşılığı ödənilmiş mənzilin sahəsi çıxarılır.
 
"Məsələn, ona 3 otaq verilməlidir. Pulu ilə ödədiyi ipoteka evinə görə ona 2 otaq verilir. Bəzən bu kifayət qədər problem yaradır. Çünki bəzi qazi və şəhid ailələrinin üzvü 3 və ya 4 nəfərdir, ona düşəcək 3 otağın biri bu səbəbdən verilmir. Bu məsələ diqqətdə saxlanmalıdır”, - o əlavə edib.
 
Aygün Mirakif
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM