2023-cü ilin on bir ayında "Azəralüminium” MMC 117.6 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,4% və ya 21.4 milyon dollar azalıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatında bildirilib.
2022-ci ilin ilk 11 ayı ərzində "Azəralüminium” 139 milyon dollar dəyərində məhsul ixrac edib.
İqtisadiyyat Nazirliyi 2027-ci ilədək qeyri-neft ixracının həcmi 5 milyard dollara kimi artmasını proqnozlaşdırır.
Ötən ilin 8 aylıq statistik göstəricilərinə görə, ixracın 96%-dən çoxu ABŞ, Türkiyə, Rusiya, Belarus, Avropa İttifaqı və digər ölkələrin payına düşüb. O cümlədən ABŞ-a ixracın dəyəri 8,8 % artaraq 31 milyon 719 minABŞ dolları olub.
2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 milyon ABŞ dollarına bərabər olub.
Statistika komitəsinin məlumatına görə, kimya sənayesi məhsullarının ixracı 11,3 faiz, spirtli və spirtsiz içkilərin ixracı 11,1, şəkər ixracı 2,5, çay ixracı isə 2,3 dəfə artıb.

Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !