Azərbaycan 1 milyard pul ödəyəcək

13:21 | 09.01.2015
Azərbaycan 1 milyard pul ödəyəcək

Azərbaycan 1 milyard pul ödəyəcək

Azərbaycanın alacağı 3 "Boeing 747-8" təyyarəsi üzrə müqavilənin ümumi dəyəri açıqlanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə "Boeing" şirkətinin rəsmi saytında qeyd edilib.

Bildirilib ki, "Boeing" şirkəti və Azərbaycandakı "Silk Way West" aviaşirkəti dəyəri 1,1 milyard dollardan çox olan 3 böyük yük təyyarəsinin alınması ilə bağlı razılıq üzərində işləyirlər.

Qeyd edək ki, "Silk Way West" aviaşirkəti "Boeing"in məhsul və xidmət orqanlarının sifarişçisi və operatorudur. "Silk Way" Aviaşirkəti Azərbaycanda əsas aviadaşiyıcılardandır və Azərbaycan Respublikası tərəfindən təsdiq olunub. Aviaşirkət "İlyuşin İL-76” (hal-hazırda 7 ədəd İL-76) və "Antonov AN-12” (hal-hazırda 3 ədəd AN-12 ) yükdaşıyan təyyarələrlə bütün dünyada çarter proqramlarına xidmət göstərir.

2007-ci il may ayının 7-dən başlayaraq "Silk Way" Aviaşirkəti V.P.Çkalov adına Daşkənt Təyyarə İstehsalı Korporasiyasında (Özbəkistan) hazırlanmış, mühərriki İL-90A-76 olan yeni İL-76TD-90 təyyarəsindən istifadə edir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM