Azərbaycan qeyri-neft məhsulları ixrac 22% azalıb

12:58 | 08.02.2024
Azərbaycan qeyri-neft məhsulları ixrac 22% azalıb

Azərbaycan qeyri-neft məhsulları ixrac 22% azalıb

2024-cü ilin yanvarında  Azərbaycan  222 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22% azdır. Bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İxrac icmalı”da qeyd olunub.

Məlumata görə, yanvarda Azərbaycanın ümumi ixracı 1,8 milyard ABŞ dolları olub. 
 
Hesabat dövründə yeyinti məhsullarının ixracı 70,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 151,6 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur. 
 
Eyni zamanda bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9%, meyvə-tərəvəz ixracı 21,2%, alüminium və ondan hazırlanmış məmulatların ixracı isə 17,4% artıb.
 
Bununla yanaşı hesabat dövründə aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5% artaraq 74,1 milyon ABŞ dolları olub. 
 
Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə 15,4 milyon ABŞ dolları olub.
 
"Bir pəncərə” prinsipinə əsaslanan İxraca Dəstək Mərkəzi 2024-cü ilin yanvarda Azərbaycandan 11,5 milyon ABŞ dolları məbləğində malın ixracını dəstəkləyib.
 
2023-cü ildə Azərbaycan 3,3 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2022-ci ilə nisbətən 9,8 % çoxdur.

Aygün 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM