Azərbaycan Rusiyadan bir ayda 83 min tonn neft idxal edib

21:19 | 29.03.2023
Azərbaycan Rusiyadan bir ayda 83 min tonn neft idxal edib

Azərbaycan Rusiyadan bir ayda 83 min tonn neft idxal edib

2023-cü ilin yanvarında Azərbaycan 188 568,52 ton neft idxal edib ki, bu da 2022-ci ilin yanvarı ilə müqayisədə 6,1 dəfə çoxdur, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 

Hesabat dövründə idxal olunan neftin dəyəri 109 milyon 709,55 min dollar (artım 6,4 dəfə ) təşkil edib.

2023-cü ilin yanvarında Qazaxıstandan 9 milyon 503,49 min dollara 19 min 755 ton, Türkmənistandan 53 milyon 307,57 min dollara 85 min 250,61 ton, Rusiyadan 46 milyon 898 min dollara 83 min 562,92 ton neft idxal edilib.

Eyni zamanda neftin hansı məqsədlə gətirildiyi göstərilmir.

2022-ci ildə Azərbaycan 450 milyon 929,23 min dollara (artım 8,6 dəfə ) 673 min 368,2 ton (2021-ci illə müqayisədə 7,5 dəfə artım) neft idxal edib.
 
Dövlət Neft Şirkətindən etibarlı mənbənin verdiyi məlumata görə, idxal edilən neft əsasən neft emalı zavoduna emala  yönəldilib. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb