"Azərbaycan Astarasından İran sərhədinə 8 kilometr yol çəkiləcək"

17:33 | 12.12.2015

"Azərbaycan Astarasından İran sərhədinə 8 kilometr yol çəkiləcək"

"Şimal-Cənub dəhlizi bizə lazım olan layihədir. Ona görə də biz bu işi asanlaşdırmağa çalışırıq".
 
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, artıq bununla bağlı Koordisaya Şurası da yaradılıb: "Dekabrın 21-də İran paytaxtı Tehran şəhərində görüş keçiriləcək. Görüşdə məsələlərin konkret qoyulması nəzərdə tutulub. Birinci mərhələ olaraq, Azərbaycan Astarasından İran sərhədinə 8 kilometr yol çəkiləcək. Bundan başqa, 100 metrlik də körpü tikiləcək. Bu da yüklərin asan daşınması üçün edilir".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM