Azərbaycan bu maddəni pozmağa görə AŞ-da birinci olub- AİHM

16:32 | 26.01.2023
Azərbaycan bu maddəni pozmağa görə AŞ-da birinci olub- AİHM

Azərbaycan bu maddəni pozmağa görə AŞ-da birinci olub- AİHM

Avropa Konvensiyanın 18-ci maddəsinin pozuntusu kateqoriyasında  Azərbaycan Avropa Şurası ölkələri arasında birinci olub. Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin 2022-i il üzrə hesabatında deyilir.
 

AİHM 2022-ci ildə 407 qərarla Azərbaycanda ən çox azadlıq və toxunulmazlıq hüququnun pozulmasına qərar verib.

Ölkədə ən çox pozulanlar sırasında olan digər hüquq 403 qərarla işgəncəyə məruz qalmamaq hüququ olub.

AİHM 346 qərarında ədalətli məhkəmə araşdırması, 237 qərarında effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusuna qərar verib.
Məhkəmə 2022-ci ildə Azərbaycanla bağlı 23 qərar qəbul edib, həmin qərarların 22-də iddia edilən pozuntuların əksəriyyəti tanınıb.

Konvensiyanın 18-ci Maddəsinin məqsədi hakimiyyət səlahiyyətindən suiistifadənin qadağan olunmasıdır. Bu maddə "hakimiyyət səlahiyyətinin hüquqa zidd tətbiqi barəsindəki nəzəriyyəni özündə əks etdirir.  Dövlətdə hər hansı hüquq və azadlıqların fərqli əsaslarla məhdudlaşdırılması halı baş verdikdə, konvesiya bu halı müdafiə edir.
 
Lida Abbaslı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb