Azərbaycan Avropanın mühüm qaz təchizatçısıdır - O'Brayen

20:15 | 28.06.2024
Azərbaycan Avropanın mühüm qaz təchizatçısıdır - O'Brayen

Azərbaycan Avropanın mühüm qaz təchizatçısıdır - O'Brayen


Azərbaycan Avropanın mühüm qaz təchizatçısıdır. Bunu 
Bakıda jurnalistlərə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen deyib.

"Azərbaycan Avropanın mühüm təbii qaz tədarükçüsüdür . Bu ölkə səkkiz ölkəyə qaz ixrac edir və gələcəkdə onlara daha dörd ölkə əlavə oluna bilər. Bu kritik buferdir. Amma gələn il Rusiyadan Moldovaya gedən cənub boru kəmərlərindən biri Rusiya qazının tranzitini dayandırdıqda, ixracın  daha da azalacağını gözləyirəm”,  - O'Brayen bildirib.

Onun sözlərinə görə, Azərbaycan Rusiyanı Avropa üzərində mühüm siyasi təsir rıçaqlarından məhrum edir. 

"Azərbaycan ABŞ, Qətər və digər ölkələrdən mayeləşdirilmiş təbii qazın tədarükü də daxil olmaqla, bu transformasiyaya nail olmaq üçün Avropanın dayanıqlığının təmin edilməsində əsas rol oynayır”, - O'Brayen bildirib.

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM