Azərbaycan bankları hərracda 32,5 milyon ABŞ dolları satın alıblar

14:08 | 27.07.2023
Azərbaycan bankları hərracda 32,5 milyon ABŞ dolları satın alıblar

Azərbaycan bankları hərracda 32,5 milyon ABŞ dolları satın alıblar

Azərbaycan Mərkəzi Bankı cümə axşamı valyuta hərracında banklara 32,5 milyon ABŞ dollar satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. 
 
Bu məbləğ əvvəlki hərrac zamanı 59,6 milyon milyon ABŞ dolları olub.
 
"Çərşənbə axşamı hərracda tələb 32,1 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb",- mərkəzdən bildirilib.
 
Bu ilin yanvar-mayında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 492,3 milyon ABŞ dolları məbləğində satış olub.
  
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,4% azdır.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
  
Gülnar Nazimıqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti