Azərbaycan banklarından 20 milyardlıq yatırım

14:49 | 08.05.2015
Azərbaycan banklarından 20 milyardlıq yatırım

Azərbaycan banklarından 20 milyardlıq yatırım

Azərbaycanda fəaliyyət göstərən bankların kredit qoyuluşlarının həcmi açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən bankların kredit qoyuluşlarının həcmi açıqlanıb.

ANS PRESS-in Mərkəzi Banka istinadən verdiyi məlumata görə, aprel ayının 1-nə bank sektorunun iqtisadiyyata kredit qoyuluşu 20 milyard 72 milyon 800 min manat təşkil edib.

Bu göstərici mart ayının 1-ə olan kredit qoyuluşundan 64 milyon 900 min manat azdır. Mart ayının 1-ə bank sektorunun iqtisadiyyata kredit qoyuluşu 20 milyard 137 milyon 700 min manat təşkil edib. 

Əhalinin banklardakı əmanətlərinin həcmində də azalma qeydə alınıb. Belə ki, son rəsmi rəqəmlərə əsasən banklardakı əmanətlər 7 milyar 781 milyon 600 min AZN təşkil edib. Bu isə ötən ayla müqayisədə 151 milyon 100 min manat azalma deməkdir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM