Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmiryolu xəttinin yaradılması layihəsini maliyyələşdirməyə başlamasından etibarən 31.03.2015 tarixə qədər Dövlət Neft Fondu tərəfindən xəzinədarlıq vasitəsilə Nəqliyyat Nazirliyinə ümumilikdə 545 milyon ABŞ dolları, o cümlədən 2015-ci ilin 1-ci rübü üzrə 4,6 milyon ABŞ dolları vəsait ayrılmışdır.
Bu barədə Oxu.Az ARDNF-yə istinadən məlumat verir.
Bu vəsait Azərbaycan Beynəlxalq Bankı vasitəsilə Gürcüstan və Azərbaycan hökümətləri arasında imzalanmış ikitərəfli sazişə müvafiq olaraq, Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiya və istismarı üçün yaradılmış "Marabda – Kartsaxi Dəmir Yolu” MMC-nin hesabına köçürülmüşdür.
Qeyd edək ki, BTQ dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !