"Azərbaycan Dəmir Yolları" QSC-i gücləndirilmiş iş rejiminə keçəcək

18:35 | 21.08.2015

"Azərbaycan Dəmir Yolları" QSC-i gücləndirilmiş iş rejiminə keçəcək

2015-2016-cı il yeni tədris ilinin başlaması ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçəcək.

Bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Sentyabrın 15-də dərs illinin başlaması ilə əlaqədar sıxlığın olacağını istisna etməyən N.Əzməmmədov qeyd etdi ki, bununla bağlı artıq işlərə başlanılıb və çox güman ki, xəttə əlavə qatarlar qoşulacaq: "Hər il sentyabrda dərs ilinin başlaması həm avomobil yolları, həm də dəmir yolu ilə gələnlərin artmasına səbəb olur. Ona görə də biz hər il olduğu kimi bu il də bir sıra qabaqlayıcı tədbirlər həyata keçirməyi düşünürük. Adətən biz bunu billet satışına olan tələbatdan bilirik. Sentyabrın 5-ə qədər billet satışının çox olduğunu görsək, xəttə əlavə qatarlar qoşacağıq. Ümid edirəm ki, sərnişindaşımada, insanların gediş-gəlişində heç bir problem yaşanmayacaq”.

Qeyd edək ki, Azərbaycanda tədrisə hər il sentyabrın 15-də start verilir
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür