• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Azərbaycan Dəmir yollarında daha bir yenilik

Azərbaycan Dəmir yollarında daha bir yenilik
06.02.2014 12:06
Bakı-Böyük Kəsik sahəsində dəmir yolunun işarəvermə və rabitə sistemi tam yenidən qurulacaq. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, dövlət proqramı çərçivəsində dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında bir dispetçer mərkəzindən idarə edilməsi ilə əvəz olunması işlərinə start verilib. Bu sistemdə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət, hərəkət heyəti ilə birbaşa rabitə-danışıq əlaqəsi yaratmaq, təkər cütlərinin qızmasını və nasazlığını aşkar edən təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılaraq yenidən qurulması nəzərdə tutulub.Bakı-Böyük Kəsik sahəsində elektrik təchizatı, işarəvermə və rabitə sisteminin tam yenidənqurulması 4 il müddətində həyata keçiriləcək. Bu işləri görmək üçün avtomatlaşdırılmış telemexanika, rabitə avadanlıqları və sistemləri tam dəyişdirilib yenisi ilə əvəz olunacaq.2013-cü ilin ikinci yarısında işarəvermə və rabitə sisteminin modernləşdirilməsi məqsədilə tender elan edilib. Tenderin qalibi İsveçin “Bombardier” şirkəti olub. Ötən ilin noyabr-dekabr aylarında dəmir yolu nəqliyyatı mütəxəssisləri “Bombardier” şirkəti ilə birgə Böyük Kəsik-Gəncə (I etap) sahəsində texniki şərtləri hazırlayıblar. Hazırda layihə-quraşdırma işləri gedir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
İqtisadiyyat 10:08
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:43
Dünya bazarlarında neft ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:40
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:59
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol