• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

"Azərbaycan Əfqanıstan üçün model ola bilər"

03.12.2014 09:02
"Azərbaycan Əfqanıstanın mövcud ehtiyaclarını görür və Əfqanıstan üçün model ola bilər".

APA-nın Azərbaycan XİN  mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,  bunu xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Əfqanıstan üzrə nazirlər səviyyəsində toplantısında çıxışı zamanı bildirib.
 
Nazir Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin dekabrın 2-də Azərbaycana səfərinə toxunaraq iki ölkə arasında Əfqanıstanın gələcəyinə dair intensiv və açıq fikir mübadiləsinin aparıldığını qeyd edib:  "Əfqanıstan hökumətinin nəhəng islahatlar gündəliyi var. Bu yalnız təhlükəsizlik deyil. Əlbəttə ki, təhlükəsizlik davamlılığın ilk sütunudur. Sənaye və infrastruktura böyük sərmayələr cəlb edilməlidir. Mənim ölkəm 20 il bundan əvvəl müharibə ilə üzləşmişdir, amma biz bütün bu təhdidləri aşmağı bacardıq və böyük irəliləyişə nail olduq”.
 
Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan Əfqanıstana bir çox sahələrdə, eləcə də insan kapitalının inkişafı üçün təhsil və təlim sahəsində yardım edir: "Dəmir yol əlaqəsi Əfqanıstan üçün çox vacibdir. Hal-hazırda ölkədə bir dəmir yol əlaqəsi var. Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Əfqanıstanı Avropa ilə birləşdirən dəmir yol layihəsi ölkənin davamlı inkişaf üçün vacib elementlərdən biridir”.
 
Qətiyyətli dəstək missiyasının başlanmasının Əfqanıstanın gələcəyi üçün vacib olduğunu bildiriən nazir qoşunlar, təlim, maliyyə yardımı və tranzit formasında əsaslı töhfələr verməklə Azərbaycan bu missiyada öz rolunu oynayacağını qeyd edib.
 
"Bizim regionda olan proseslər onu göstərir ki, daha çox uğurlara imza atmaq üçün beynəlxalq birliyin Əfqanıstana dəstəyi qarşıdan gələn illərdə davam etməlidir”, deyə XİN rəhbəri vurğulayıb.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Buenos-Ayresə başsağlığı verib
Siyasət 23:05
Bakı Buenos-Ayresə başsağlığı verib
Sahibə Qafarova Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib
Siyasət 22:07
Sahibə Qafarova Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib
Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşüb
Siyasət 21:52
Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşüb
Şimali Makedoniya Prezidenti Azərbaycana gəlib
Siyasət 21:24
Şimali Makedoniya Prezidenti Azərbaycana gəlib
Sahibə Qafarova gürcü həmkarı ilə görüşüb
Siyasət 19:19
Sahibə Qafarova gürcü həmkarı ilə görüşüb
Rəsmi Bakıdan fransalı nazirə cavab
Siyasət 18:29
Rəsmi Bakıdan fransalı nazirə cavab
Ceyhun Bayramov Qazaxıstana gedib
Siyasət 18:17
Ceyhun Bayramov Qazaxıstana gedib
Azərbaycan və Suriya XİN nümayəndələri görüşüblər
Siyasət 17:56
Azərbaycan və Suriya XİN nümayəndələri görüşüblər
Prezident Mənzil Məcəlləsinə sosial kirayə ilə bağlı əlavəni təsdiqləyib
Siyasət 13:37
Prezident Mənzil Məcəlləsinə sosial kirayə ilə bağlı əlavəni təsdiqləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol