Azərbaycan əhalisinin gəlirləri artdı

12:37 | 15.07.2015
Azərbaycan əhalisinin gəlirləri artdı

Azərbaycan əhalisinin gəlirləri artdı

2015-ci ilin yanvar-iyun aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2% artaraq 19,8 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 4,9% artıb. 

Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib. 

Komitənin məlumatına görə, bu dövr ərzində gəlirlərin 74,2 %-i son istehlak xərclərinə, 9,4%-ivergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş,14%-i isə yığıma yönəldilib. 

Qeyd edək ki, bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 18 milyard manat həcmində və ya əvvəlki ildəkindən 6,2% çox vəsait qalıb.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM