Azərbaycan əhalisinin sayı artdı

14:59 | 15.05.2015
Azərbaycan əhalisinin sayı artdı

Azərbaycan əhalisinin sayı artdı

2015-ci il aprel ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9618,2 min nəfərə çataraq ilin əvvəlindən 25,2 min nəfər və ya 0,3 % artıb.
 
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitənin məlumatına görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.

Bundan başqa, ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,1%, kənd əhalisinin xüsusi çəkisi isə 46,9 % təşkil edir.

Komitə bildirir ki, ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir. Belə ki, cari ilin yanvar-mart ayları ərzində doğulanların sayı ölənlərin sayından 24,8 min nəfər çox olub.

2015-ci ilin 3 ayı ərzində ölkədə 13,6 min ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 6,4-dən 5,8-ə qədər azal;b.

"Rüb ərzində rəsmi orqanlar tərəfindən 17 min nikah və 3 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,3, boşanmaların sayı isə 1,3 olub.

Cari ilin yanvar-mart ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 545 nəfər gələn və 181 nəfər ölkədən gedən qeydə alınıb”-deyə, komitədən bildirilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM