Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 34,9 min nəfər və ya 0,4% artaraq bu il may ayının 1-i vəziyyətinə 9 mln. 627,9 min nəfərə çatıb.
"APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür. Ümumi əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd sakinləridir.
Bu ilin yanvar-aprel ayları ərzində ölkədə 53,5 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,1 təşkil etmişdir. Doğulanların 53,6%-i oğlan, 46,4%-i qızlardır.
Bu ilin 4 ayı ərzində ölkədə 19,1 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 6,5-dən 6,1-ə qədər azalıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !