Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən 28.08.1990-cı ildə anadan olmuş, 07.01.2015-ci ildə Qusar rayonundan hərbi xidmətə çağırılmış əsgər Pərvanayev Vicay Gülmət oğlu ilkin araşdırmaya əsasən kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən martın 2-də vəfat edib.
ANN.Az Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, hazırda məhkəmə-tibb ekspertizası araşdırma aparır.
Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanılıb.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !