Azərbaycan Çexiyadakı Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq

17:58 | 20.08.2024
Azərbaycan Çexiyadakı Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq

Azərbaycan Çexiyadakı Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq

Azərbaycan şahmatçıları Çexiyanın paytaxtı Praqada uşaq və yeniyetmələr arasında keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Şahmat Federasiyasından  verilən məlumata görə, yarışda 40-dan çox ölkədən şahmatçılar 8-dən 18 yaşa qədər olan kateqoriyalarda medallar uğrunda mübarizə aparacaqlar.

Qitə çempionatında ötən ilin Avropa çempionları Rüstəm Rüstəmov, Mehriban Əhmədli, Məhəmməd Kazımzadə, bürünc medalçı Səadət Bəşirli, o cümlədən Paşam Əlizadə, Lalə Hüseynova, Şiroğlan Talıbov, Tunar Davudov, Zəhra Allahverdi, Əhməd Hüseynov və digərləri iştirak edəcəklər.

Ümumilikdə Azərbaycan nüfuzlu yarışda 40 şahmatçı ilə təmsil olunacaq.

Avqustun 22-də başlayacaq turnirə ayın 31-də yekun vurulacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti