Azərbaycan futbolunda görünməmiş hadisə

15:14 | 08.08.2014
Azərbaycan futbolunda görünməmiş hadisə

Azərbaycan futbolunda görünməmiş hadisə

 Azərbaycan futbolunda görünməmiş hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Neftçi” klubunun hücumçusu Ernest Nfor Avropa Liqasının III təsnifat mərhələsinin “Çixura” ilə Gürcüstanda baş tutan matçında het-trikə imza atıb.İlk 45 dəqiqədə 3 qola imza atan kamerunlu hücumçu 3:2 hesablı qələbəmizin memarı olub. Nfor Azərbaycan futbolu tarixinə avrokuboklardakı 2-ci het-trikin müəllifi kimi düşüb.İlk belə hadisə 14 il əvvələ təsadüf edib. Həmin vaxt “Şəmkir”in gürcüstanlı legioneri Badri Kvaratsxeliya bir matçda 3 qol vurmuşdu. Milliləşən futbolçu Latviya “Skonto”su ilə Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda het-trik müəllifi olmuşdu.Lakin Nfordan fərqli, Badri het-triki 90 dəqiqədə deyil, əlavə vaxtda rəsmiləşdirmişdi. Həmin vaxt oyun 2:1 hesabı ilə başa çatmışdı və nəticənin 4:1-ə çatdırılması Badrinin qol satını 3-ə yüksəltməsi ilə mümkün olmuşdu.Elə buna görə də Nfor 90 dəqiqədə 3 qol vuran ilk futbolçu kimi tarixə düşdü. İndiyədək avrokuboklarda belə hadisə görünməmişdi ki, Azərbaycan klubunun üzvü əsas vaxtda 3 dəfə fərqlənsin. Afrikalı həm də əvvəl UEFA kuboku, indi Avropa Liqası adlanan yarışda ilk belə uğurumuzun sahibidi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti