Azərbaycan gəncləri Rusiya şirkətini boykot etməyə çağırır

13:58 | 07.04.2015
Azərbaycan gəncləri Rusiya şirkətini boykot etməyə çağırır

Azərbaycan gəncləri Rusiya şirkətini boykot etməyə çağırır

Azərbaycanın müstəqil gəncləri #boycottbeeline kampaniyasına başlayıblar. 

Oxu.Az xəbər verir ki, Beeline Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində fəaliyyət göstərən Artsakh Telekom ilə 2002-ci ildən əməkdaşlıq edir. Hətta bu əməkdaşlığı genişləndirir və bu günlərdə "Ryadom" adlı yeni layihəyə başlayaraq, işğal olunmuş ərazilərə zəngləri daha da genişləndirib. 

Buna etiraz olaraq, Azərbaycan gəncləri tərəfindən sosial şəbəkələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozduğu üçün Beeline şirkətinə qarşı #boycottbeeline kampaniyası başlanıb. 

Kampaniya Beeline xidmətlərindən imtina etmək, xaricdə olarkən Beeline rouminq xidmətlərindən istifadə etməmək kimi tədbirləri nəzərdə tutur. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM