Azərbaycan və Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük-keçid məntəqəsində 300-dən çox avtomobil gözləyir. Bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdindəki Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
"Mazımçay" gömrük-keçid məntəqəsində 7, "Samur" gömrük-keçid məntəqəsində 65, "Biləsuvar" gömrük-keçid məntəqəsində 37, "Astara" gömrük-keçid məntəqəsində isə 21 yük maşını gözləyir.
"Xanoba" gömrük-keçid məntəqəsində gözləyən yük maşını yoxdur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !