Azərbaycan həbsxanalarında ən çox hansı ölkə vətəndaşları var?

15:06 | 26.11.2014
Azərbaycan həbsxanalarında ən çox hansı ölkə vətəndaşları var?

Azərbaycan həbsxanalarında ən çox hansı ölkə vətəndaşları var?

Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində 22 ölkədən 500 nəfərədək əcnəbi cəza çəkir. Bu barədəANN.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat Ədliyyə Nazirliyi Penitensiar xidmətindən verilib.Bildirilib ki, Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində Belarus, Böyük Britaniya, Çin, Əfqanıstan, Gürcüstan, Hindistan, İordaniya, İran, İsrail, Qazaxıstan, Litva, Nigeriya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Kamboca, Slovakiya, Kamerun, Özbəkistan və Türkmənistan vətəndaşları cəza çəkirlər. Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində saxlanılan xarici ölkə vətəndaşları arasında Rusiya, Özbəkistan, İran, Türkiyə və Gürcüstan vətəndaşları əksəriyyət təşkil edirlər. Onlar əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, oğurluğa və sərhəd pozuntusuna görə məhkum olunmuş şəxslərdir.Qeyd edilir ki, cəzaçəkmə müəssisələrində cəza çəkən xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulmuş hüquqları tam təmin olunur. Təmsil olunduqları ölkələrin diplomatik nümayəndəliklərinə həmin şəxslərə baş çəkilməsi üçün müvafiq şərait yaradılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür