• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Azərbaycan hökuməti Əfqan Muxtarlıya 8500 avro ödəyəcək

Azərbaycan hökuməti Əfqan Muxtarlıya  8500 avro ödəyəcək
05.09.2024 14:48
Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Muxtarlının  Gürcüstan və Azərbaycana qarşı iddiasını təmin edib . 
 
AİHM qərarına əsasən, Gürcüstan oğurlama, amansız rəftar və qanunsuz olaraq Azərbaycana göndərmə haqqında işdə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan edilməsi) və 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddələrini pozub. Bu səbədən məhkəmə Gürcüstan hökumətini Muxtarlıya 12 500 avro dəyərində təzminat ödəməsi barədə qərar verib. 
 
Məhkəmə həmçinin  Azərbaycanın Konvensiyanın 5 (3) (azadlıq və şəxsi toxunulmazlıq hüququ), həmçinin 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) maddələri pozduğunu müəyyən edərək  Azərbaycanın  8500 avro ödəməli olduğu barədə qərar çıxarıb.

Muxtarlı 2015-ci ildə Azərbaycanı tərk edib.  O,  2017-ci ilin mayında Tbilisinin mərkəzində Gürcüstan poilisi tərəfindən saxlanılıb  və Azərbaycanla sərhədə gətirilərək təslim edilib.

Azərbaycanda o, dövlət sərhədini qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunub və altı il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2020-ci ilin martında Əfqan Muxtarlı sərbəst buraxılıb və Almaniyaya gedib.

Gürcüstan hakimiyyəti Muxtarlının oğurlanmasında iştirak etdiyini və Azərbaycan xüsusi xidmətləri ilə əməkdaşlıq etdiyini inkar edib.
 
Bu hadisədən sonra Gürcüstanda əks-kəşfiyyat və sərhəd xidmətinin rəhbərləri vəzifədən azad edilib.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
Cəmiyyət 09:00
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol