• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan hökuməti "meymunçiçəyi" virusu ilə bağlı toplaşdı

Azərbaycan hökuməti "meymunçiçəyi" virusu ilə bağlı toplaşdı
05.09.2024 12:01
Azərbaycan hökuməti Prezident Administrasiyasının tapşırığına əsasən ölkə ərazisində meymunçiçəyi virusunun qarşısının alınması istiqamətində profilaktik tədbirlərin icra olunmasını müzakirə edib. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.  
 
Belə ki, Səhiyyə Nazirliyində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), "Azərbaycan Hava Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının səlahiyyətli nümayəndələrinin iştirakı ilə noyabrda COP29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsi ilə əlaqədar aidiyyəti qurumların birgə koordinasiyalı fəaliyyətinin təşkili üçün hazırlanmış tədbirlər planı müzakirə olunub.

Hazırda bir çox ölkələrdə "Meymunçiçəyi” virusunun sürətlə yayılması hallarını nəzərə alaraq, ölkə ərazisində profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Rəy və təkliflər dinlənilərək görüləcək fəaliyyətlərə dair vahid yanaşma müəyyənləşdirilib.
 
2024-cü ilin səkkiz ayında Afrika ölkələrində meymunçiçəyi virusuna 22,8 min nəfər yoluxub.
 
Bildlrilib ki, bu dövr ərzində 622 nəfər ölüb. Yoluxma hallarının son 1 həftə ərzində 2 dəfə artdığı deyilir. 
 
Bundan əvvəl ÜST açıqlama verərək bildirib ki, meymunçiçəyi ilə mübarizə planı (mpox) altı ay ərzində 135 milyon dollar maliyyələşdirmə tələb edir.
 
Azərbaycan ərazisində bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. 
 
Meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir və  insana əsasən heyvandan keçir.


Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişir və 2-4 həftə davam edir.
 
Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır.


Məlumat görə,  infeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.


"Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir", -  nazirlik  bildirib.

 
Gülnar 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol