• $
  • £

Azərbaycan hökuməti "meymunçiçəyi" virusu ilə bağlı toplaşdı

Azərbaycan hökuməti
05.09.2024 12:01
Azərbaycan hökuməti Prezident Administrasiyasının tapşırığına əsasən ölkə ərazisində meymunçiçəyi virusunun qarşısının alınması istiqamətində profilaktik tədbirlərin icra olunmasını müzakirə edib. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.  
 
Belə ki, Səhiyyə Nazirliyində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), "Azərbaycan Hava Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının səlahiyyətli nümayəndələrinin iştirakı ilə noyabrda COP29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsi ilə əlaqədar aidiyyəti qurumların birgə koordinasiyalı fəaliyyətinin təşkili üçün hazırlanmış tədbirlər planı müzakirə olunub.

Hazırda bir çox ölkələrdə "Meymunçiçəyi” virusunun sürətlə yayılması hallarını nəzərə alaraq, ölkə ərazisində profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Rəy və təkliflər dinlənilərək görüləcək fəaliyyətlərə dair vahid yanaşma müəyyənləşdirilib.
 
2024-cü ilin səkkiz ayında Afrika ölkələrində meymunçiçəyi virusuna 22,8 min nəfər yoluxub.
 
Bildlrilib ki, bu dövr ərzində 622 nəfər ölüb. Yoluxma hallarının son 1 həftə ərzində 2 dəfə artdığı deyilir. 
 
Bundan əvvəl ÜST açıqlama verərək bildirib ki, meymunçiçəyi ilə mübarizə planı (mpox) altı ay ərzində 135 milyon dollar maliyyələşdirmə tələb edir.
 
Azərbaycan ərazisində bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. 
 
Meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir və  insana əsasən heyvandan keçir.


Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişir və 2-4 həftə davam edir.
 
Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır.


Məlumat görə,  infeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.


"Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir", -  nazirlik  bildirib.

 
Gülnar 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 40 dərəcə isti olacaq
Cəmiyyət 12:48
Sabah 40 dərəcə isti olacaq
Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Cəmiyyət 12:07
Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Qazaxda iki minik avtomobili toqquşub, 2 nəfər ölüb
Cəmiyyət 11:00
Qazaxda iki minik avtomobili toqquşub, 2 nəfər ölüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək
Cəmiyyət 10:48
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək
Gədəbəydə "Niva" aşıb, sürücü yaralanıb
Cəmiyyət 09:50
Gədəbəydə "Niva" aşıb, sürücü yaralanıb
İsmayıllıda bacı və qardaş göldə batıb
Cəmiyyət 22:04
İsmayıllıda bacı və qardaş göldə batıb
Goranboyda yol qəzasında iki nəfər ölüb, xəsarət alan var
Cəmiyyət 21:42
Goranboyda yol qəzasında iki nəfər ölüb, xəsarət alan var
Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib
Cəmiyyət 18:16
Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib
Sabunçuda evdən 10 min manatlıq oğurluq olub
Cəmiyyət 18:00
Sabunçuda evdən 10 min manatlıq oğurluq olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol