"Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışında deyib.
Prezident vurğulayıb ki, siyasi müstəvidə bu gün Azərbaycanın siyasi çəkisi Ermənistanın çəkisi ilə müqayisəedilməz dərəcədədir: "Digər amil iqtisadi faktordur. Burada da Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından ən azı on dəfə böyük və güclüdür. Əlbəttə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Heç bir postsovet məkanında buna oxşar münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etməyib. Ancaq bu məsələ ilə bağlı qəbul edib və orada da açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri qeyri-şərtsiz işğal edilmiş torpaqlardan çıxmalıdır. Nə qədər Ermənistan çalışsa ki, bunu təhrif etsin, mümkün deyil. Çünki bu yazılıb və dərc edilib”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !