Azərbaycan-İran ticarətində yenilik

17:51 | 29.01.2015
Azərbaycan-İran ticarətində yenilik

Azərbaycan-İran ticarətində yenilik

 Azərbaycan-İran ticarət münasibətlərində hansı valyutadan istifadə edilməsi məsələsi müzakirə olunacaq.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnia bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

Ölkəsinin ABŞ valyutasından imtina etdiyinə toxunan nazir vurğulayıb ki, Azərbaycan və İran arasında ticarət əməliyyatlarında milli valyutadan istifadə etmək mümkündür: "İran digər ölkələrlə ticarət mübadilələrini həmin ölkələrin milli valyutaları ilə həyata keçirir. Bunu əməkdaşlıq etdiyimiz digər ölkələrlə davam etdirməkdə maraqlıyıq. Bu gün Azərbaycan Mərkəzi Bankın sədri ilə görüşəcəyik. Bank sahəsində əməkdaşlığın genişləndirilməsi həm bu görüşdə, həm də ekspertlərin görüşündə müzakirə olunacaq. Üçüncü ölkənin valyutasından da istifadə edilməsi mümkündür”.

Ə. Tayebnia əlavə edib ki, əsas müzakirə mövzularından iki ölkə arasında bank sektorundakı maneələrin aradan qaldırılmasıdır.

"Ümid edirəm ki, biz bu sahədə uğur qazanacağıq. Bank sahəsində əməkdaşlığın inkişaf etməsi bizim üçün çox vacibdir", – deyə o qeyd edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM