• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

Azərbaycan İrəvanda keçiriləcək sambo Dünya Kubokunda iştirak etməyəcək

Azərbaycan İrəvanda keçiriləcək sambo Dünya Kubokunda iştirak etməyəcək
27.03.2024 15:29
Azərbaycan milli komandası İrəvanda keçiriləcək sambo üzrə Dünya Kubokunda iştirak etməyəcək. Bu barədə Apasport saytı məlumat yayıb. 

 Azərbaycan Sambo Federasiyasının rəsmisi Yaqub Abdullayev bildirib ki, yarışda iştirakdan imtinanın əsas səbəbi iki ölkə arasında olan gərginlikdir.
 
"Daha əvvəl Ermənistanın ev sahibliyi etdiyi digər idman növləri üçün nəzərdə tutulan yarışlarda idmançılarımızın məruz qaldığı rəftar hər kəsə məlumdur. Bu həm motivasiya olaraq idmançılarımıza mənfi təsir edir, həm də təhlükəsizlik qayğılarını artırır. Ona görə də, federasiya olaraq qərara gəldik ki, İrəvanda təşkil olunacaq Dünya Kubokuna qatılmayaq”, - o söyləyib. 


Daha əvvəl Ermənistan Sambo Federasiyasının prezidenti Mikael Ayrapetyan Azərbaycan və Türkiyənin İrəvanda keçiriləcək Dünya Kubokunda iştirak etməyəcəyini, bu ölkələrdən iştirak üçün hansısa müraciətin daxil olmadığını bildirib.

 Ermənistanın paytaxtı İrəvanda təşkil olunacaq sambo üzrə Dünya Kuboku aprelin 4-5-də keçiriləcək.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Masazırda açıq ərazidə yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 00:10
Masazırda açıq ərazidə yanğın söndürülüb - Yenilənib
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:19
Sabah bu ərazilərdə işıq olmayacaq
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Cəmiyyət 22:15
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Araz Ağalarova qarşı məhkəmə icraatına başlanılıb
Cəmiyyət 21:49
Araz Ağalarova qarşı məhkəmə icraatına başlanılıb
Göygöldə xəstə yaxınları təcili yardım maşınına hücum edib
Cəmiyyət 21:14
Göygöldə xəstə yaxınları təcili yardım maşınına hücum edib
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb
Cəmiyyət 21:07
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb
Şəxsiyyət vəsiqələrinin forması dəyişir
Cəmiyyət 18:05
Şəxsiyyət vəsiqələrinin forması dəyişir

Əmanətini Yelo Bank-a etibar et, illik 12%-dək gəlir qazan
Cəmiyyət 17:04
Əmanətini Yelo Bank-a etibar et, illik 12%-dək gəlir qazan
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq
Cəmiyyət 16:28
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol