Azərbaycan-İtaliya hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

İtaliya Respublikasında səfərdə olan müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov iyunun 7-də bu ölkənin müdafiə naziri Quido Krosetto ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirovun da iştirak etdiyi görüşdə Azərbaycan ilə İtaliya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər